Sizin Reklam Burada

Türkiyə məktəbliləri İlham Əliyevə məktub yazdı

Türkiyə məktəbliləri İlham Əliyevə məktub yazdıTürkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildiriblər.

Avrasiya.net xəbər verir ki, məktuba dərhal reaksiya verilib.

Dövlət başçısının tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib.

Onlar Azərbaycana gələrək bir sıra yerlərdə, o cümlədən Füzuli və Şuşada olub. Şagirdlər deyib ki, dərsdə amerikalı bir uşağın Mustafa Kamal Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər, sinif olaraq qərara gəliblər ki, məktubu İ.Əliyevə yazsınlar. Onlar məktubda Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar. Məktəblilərin səfəri sabah başa çatacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər