Sizin Reklam Burada

"Minsk Qrupunun fəaliyyətini diriltmək heç bir mahiyyət daşımır"

"Minsk Qrupunun fəaliyyətini diriltmək heç bir mahiyyət daşımır"Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk Qrupu ilə bağlı fikirlər birmənalı deyil. 30 ilə yaxın müddət ərzində yalnız status-kvonu qorumaq haqqında düşünən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa üstünlük verdilər. Saysız-hesabsız regiona səfərlər yalnız turist diplomatiyasını xatırladırdı. Bəzi hallarda danışıqlar xatirinə danışıqların keçirilməsi gərginlik aşağı salınmasına xidmət etsə də heç bir nəticə əldə etmək mümkün olmurdu.

Bunu Avrasiya.net-ə politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki, digər tərəfdən, həmsədr dövlətlər – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları öz maraqları kontekstində Cənubi Qafqaza nüfuz etmək və mənafelərini qorumaq üçün Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edirdilər: "Bu siyasətin regionda yürüdülməsi yalnız Ermənistana sərf edir, eyni zamanda münaqişənin ömrü uzanırdı.
Lakin BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini və beynəlxalq hüququ bərqərar etmək üçün Azərbaycan ötən müddətdə güc topladı. Diplomatiya sahəsində əldə edilən uğurlar və qazanılan siyasi qələbələr Azərbaycanın nüfuzuna müsbət dividentlər qazandırdı. 2020-ci ilin sentyabrın 27-də başlanan xilaskarlıq missiyası 44 gün davam etdi və müzəffər ordumuzun qələbəsi ilə başa çatdı. Azərbaycan müdrik siyasi lider İlham Əliyevin rəhbərliyi ilə münaqişəni özü həll etdi. Hazırki geosiyasi reallıqlarda ATƏT-in Minsk Qrupunun fəaliyyətini diriltmək və mənasız danışıqlar raundlarına start vermək heç bir mahiyyət daşımır. Çünki imitasiya xarakteri daşıyan danışıqlar regionun inkişafına zərər vurmaqla yanaşı, xalqların iqtisadi inkişafını da tormozlayır. Eyni zamanda münaqişənin həll edilməməsi ilə bağlı təəssüratların informasiya seqmentinə buraxılması böyük sərmayəçilərin regiona yatırımlarına mənfi təsir göstərir. Sülh müqaviləsinin hazırlanması ilə bağlı təmasların qurulduğu bir dönəmdə keçmiş ilə yaşamaq da Ermənistan üçün yaxşı heç nəyi vəd etmir. Çünki münaqişə bitib və yeni reallıqları bütün güc mərkəzləri qəbul edir, onunla hesablaşırlar. Azərbaycanın irəli sürdüyü 5 maddəlik təklifin Ermənistan tərəfindən qəbul edilməsi həm də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində yaranan problemlərin həlli anlamına gəlir".

İ. Hüseynov onu da bildirib ki, bütün sivil dövlətlər arasında dövlətlərarası münasibətlərin tənzimlənməsi ilə qarşılıqlı öhdəliklərin götürülməsi praktikası geniş yayılıb. Buna görə də Ermənistan da Azərbaycana qarşı hər hansısa ərazi iddiaları ilə çıxış etməməli və revaşist ideologiya ilə yaşamamalıdır: "Brüssel sülh gündəliyinə uyğun olaraq 2020-ci ilin 14 dekabr və 2022-ci ilin 6 aprel tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşlər mühüm siyasi nəticələr verir və artıq danışıqlarda əldə olunan razılıqların yerinə yetirilməsinin ilkin konturları nəzərə çarpır. Brüssel formatının unikallığı ondan ibarətdir ki, tərəflər arasında dialoqun keçirilməsinə imkan yaradılır və diskurs üçün platforma kimi Avropanın siyasi paytaxtı seçilir. Siyasi dialoqun inkişaf etdirilməsi, etimad atmosferinin yaradılması və nəticəyə hesablanan görüşlər öz effektivliyi ilə seçilir. ATƏT-in Minsk Qrupunun “substantiv danışıqlar formatı” isə yalnız mənasız söz yığını və siyasi-diplomatik terminlərin yer aldığı bəyanatlar toplusu, turistik səfərlər idi".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər