Sizin Reklam Burada

18 ilin böyük tarixi uğurları

18 ilin böyük tarixi uğurlarıBu gün 11 aprel 2018-ci il prezident seçkilərində İlham Əliyevin qalib gəlməsindən dörd il ötür. İstər son 4 il ərzində, istərsə də ümumiyyətlə 18 illik hakimiyyəti dönəmində Prezident İlham Əliyev ölkə üçün çox iş görüb. Bu danılmaz həqiqəti hansı siyasi mövqelərdə dayanmağımızdan asılı olmayaraq biz hamımız etiraf etməliyik.

Son 18 il ərzində İlham Əliyev Azərbaycanın iqtisadi inkişafı və regionun liider dövlətinə çevrilməsi istiqamətində həqiqətən də olduqca uğurlu və effektiv siyasət yürüdüb. Bu illər ərzində aparılan quruculuq işləri və əldə edilən uğurlu nəticələr barəsində çox geniş danışmaq olar. Lakin bu uğurların ən möhtəşəmi 30 il həsrətində olduğumuz Qarabağımıza, Şərqi Zəngəzurumuza yenidən qovuşmağımızdır.

Bu torpaqlar öz azadlığına, bizsə bu torpaqlara qovuşduq. Bu isə Şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 gün davam edən Vətən Müharibəsində göstərdiyi rəşadət nəticəsində mümkün oldu. Həmin günlərdə böyük təşkilatçılıq və sərkərdəlik məharəti göstərən İlham Əliyev məhz uğurlu komandanlığı sayəsində bir zamanlar Ulu Öndərin səsləndirdiyi uca həqiqəti - “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” həqiqətini əməli olaraq təsdiqlədi, "Qarabağ Azərbaycandır!", "Əziz Şuşa, sən azadsan!" nidalarını qürurla və vüqarla bütün dünyaya bəyan etdi.

Mən son il yarım ərzində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə həm Ağdamda, həm də Şuşada olmuşam, erməni vandalizminin ağır nəticələrinin aradan qaldırılması, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işləri yaxından müşahidə etmişəm. Bu dəqiqə Qarabağda və Şərqi Zəngəzurda sürətli quruculuq işləri həyata keçirilir.

Bu işlərin miqyasını sözlə təsvir etmək, real təsəvvür yaratmaq mümkünsüzdür, əyani surətdə görmək lazımdır. Mən inanıram ki, biz tezliklə Qubadlımıza, Zəngilanımıza, Füzulimizə, Kəlbəcərimizə, Cəbrayılımıza, Laçınımıza, Xankəndimizə, Ağdamımıza, Şuşamıza köçəcəyik, məcburi köçkünlük həyatının acılarına həmişəlik son qoyacayıq. Prezident bunun üçün əlindən gələni edir.

İnşAllah Azərbaycan tezliklə Böyük Qayıdışa şahidlik edəcək. İşğalın nəticələri tamamilə aradan qaldırılacaq, Qarabağ və Şərqi Zəngəzur yenidən inşa edilərək Azərbaycanın ən baxımlı məkanlarından birinə çevriləcək, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Biz bu yolda Prezident İlham Əliyevə uğurlar diləyir, xalqımıza isə xoş günlər arzulayırıq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər