Sizin Reklam Burada

Uğurlu prezidentliyin mükəmməl nümunəsi

Uğurlu prezidentliyin mükəmməl nümunəsi11 aprel 2018-ci il Azərbaycanın tarixinə zəfər salnaməsi kimi yazılmışdır. Ölkədə keçirilən prezident seçkilərində tarixi qələbəsini təkrarlayaraq bir daha Azərbaycan Respublikasının Prezidenti secilən cənab İlham Əliyevin bu qələbəsi xalq- iqtidar birliyinin təntənəsi olmaqla ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşarlığını təsdiqlədi.

Siyasəti özü üçün tale seçən, verdiyi sözə sadiqliyi ilə müasir Azərbaycanın tarixini yazan cənab İlham Əliyev dünyaya Azərbaycan yolunun zəfərlərdən keçdiyini sübut etdi. Bu yol tərəqqi, Azərbaycan intibahının yoludur. Xalq isə bu yolda onu dəstəklədi. Bu keyfiyyətləri şəxsiyyətində formalaşdıran, təkmilləşdirən cənab İlham Əliyevin 11 apreldə qalibə layiq qələbə qazanması haqqın, ədalətin zəfəri oldu. İlk dəfə Prezident seçilərkən “Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” sözləri ilə ölkənin qüdrətlənməsi naminə xalqa arxalanacağını söyləyən cənab İlham Əliyev ötən illərdəki fədakarlığı ilə vədinə sadiq lider olduğunu təsdiqlədi.

Bəli dövlət başçısı xalq və beynəlxalq birlik qarşısında dediyi sözləri keçdiyimiz illər ərzində yerinə yetirməyə başladı. 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatlarına cavab olaraq başlanılmış Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsilə, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi.

Təbii ki, xalqımız görülən işləri, əldə olunan uğurları ən yüksək səviyyədə qiymətləndirir və alqışlayır. Ona görə də, keçirilən prezident seçkilərində xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa və sözünün üstündə həmişə dayanmış şəxsiyyətə, ən əsas, sözü ilə əməlinin üst-üstə düşdüyü qüdrətli liderə səs verdi.

Əlbəttə, Prezident İlham Əliyevin 19 illik prezidentliyinin əsas məqsədi xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi bütün gücü ilə möhkəmləndirməkdir. Əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi bu misilsiz nailiyyətlər ümum-milli lider Heydər Əliyev siyasətinin təntənəsi, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür.

Polad Fərzəliyev
Eynibulaq kənd tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər