Sizin Reklam Burada

Rusiya siyasi elitasından Azərbaycana qarşı daha bir hədə səsləndirilib

Rusiya siyasi elitasından Azərbaycana qarşı daha bir hədə səsləndirilib Kremlin təbliğat ruporlarının ən parlaq "ulduzlarından" biri, Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin keçmiş müavini Aleksandr Şerin Azərbaycanı və Yaponiya haqqında ittihamlar səsləndirib:

“Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibr” və “İskəndər”lər hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır. Bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb” -deyə, keçmiş deputat deyib.

Xatırladaq ki, bu, son günlər Rusiyadan Azərbaycana qarşı səsləndirilən ikinci hədədir. Budan əvvəl Dövlət Dumasının üzvü Mixail Delyagin həddini aşaraq "Rossiyya 24" dövlət televiziyasındakı çıxışında Bakının neft infrastrukturunu nüvə bombaları ilə vurmağa çağırış etmişdi. Bu axmağın bəyanatı Rusiya prezidenti V.Putinin köməkçisi Dmitri Peskov və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən yolverilməz adlandırılmışdı.

azpolitika

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər