Sizin Reklam Burada

"Rusiya Putindən sonrakı dövrə hazırlaşmalıdır"

"Rusiya Putindən sonrakı dövrə hazırlaşmalıdır"Görüşün ən maraqlı və nikbiinlik doğuran hissəsi Türkiyə Prezidentinin çıxışından sonra Rusiya və Ukrayna nümayəndə heyətlərinin onu ayaqüstə sürəkli alqışlaması oldu. Bu da Türkiyənin münaqişənin həllində hansı rolu oynaya biləcəyinin göstəricisidir. Eyni zamanda Ukrayna ictimaiyyəti də dərhal Ərdoğanın bu təşəbbüsünü alqışlayan münasibət göstərdi.

Bunu Avrasiya.net-ə Türkiyə Prezidenti Ərdoğanın təşəbbüsü ilə Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən görüşə münasibətində politoloq Vasif Əfəndi bildirib.

Onun fikrincə, indi isə görüşün nəticələrini təhlil etmədən qabaq savaş sahəsində hansı proseslərin getdiyinə baxaq. Dünəndən etibarən Kiyev və Çerniqov istiqamətlərində atəşin azaldılması və hətta rus hərbi birləşmələrinin bu ərazilərdən uzaqlaşması müşahidə edildi. Həm də məlum idi ki, bu masştabda aparılan hərbi əməliyyatlar çox uzunmüddətli ola bilməz: "Əgər olarsa təbii ki, hər iki tərəf çox ziyan görəcəkdi. Döyüşlərin səngiməsi isə danışıqlar zamanı müəyyən ortaq nöqtə tapılması ehtimalını artırır. Hətta münaqişə tərəflərinin XİN sözçüləri bu faktı təsdiqlədilər. Türkiyə XİN rəhbəri Çavuşoğlu da uzlaşmanın olduğu barədə bəyanat verdi. Bundan sonra isə daha bir neçə görüşün keçirilərək detalların hazırlanması və nəticədə prezidentlər səviyyəsində görüşün təşkil olunması prosesi başladılmalıdır".

Dünən danışıqlar getdiyi ərəfədə Zelenski Avropaya yenidən səslənərək Rusiyanı dənizdə və havada da tam izolyasiya edilməsinə çağırdı. Təbii ki, Zelenski müharibənin gedişatını və hətta bəyanatlarını belə ABŞ-la razılaşdırılmış formada sürdürür. Bunun əksinin olması da qeyri realdır, çünki, Putin Zelenskiyə başqa seçim buraxmamışdır:

"Hazırda Türkiyənin fəallığının nəticəsi onun sülhə qarant olması ilə nəticələnə bilər. Ukrayna prinsip olaraq Rusiyanın bəzi tələblərini qəbul etmiş kimi görünür. Əslində hansı sənədin imzalanmasından asılı olmayaraq bu danışıqlarda əldə olunan razılaşmaların ömrü 5-10 ildən artıq olmayacaq. Ukrayna özünə gəldikdən sonra Qərbə intqerasiyanı bitirəcək. Rusiya isə Putindən sonrakı dövrə hazırlaşmalıdır və onun ölkə iqtisadiyyatına və imicinə vurduğu ağır zərbənin fəasadlarına qatlanmağı gözə alaraq yeni həyata doğru addımlamalıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər