star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Əfsuslar olsun ki, Delyaqin tək deyil - MHP sədri

Əfsuslar olsun ki, Delyaqin tək deyil - MHP sədriKremlin təbliğatçıları çoxsaylı verilişlərdə və tok-şoularda gecə-gündüz Ukraynadakı "nasist"lərdən, "banderaçı"lardan, "faşist"lərdən dəm vurur, denasifikasiya siyasətini təbliğ edirlər. Ancaq aşkarda isə biz görürük ki, ən qatı faşist mövqeli fərdlər elə Rusiyanın özünün hazırkı siyasi elitasının içindən çıxır. Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyaginin Rusiyanın “Rossiya 24” telekanalında yayımlanan “60 dəqiqə” verilişində və Tvitter hesabında Azərbaycana qarşı təhdidlər səsləndirməsi bu fikrimizə əyani sübutdur.

Ancaq əfsuslar olsun ki, Delyaqin tək deyil. İndi Rusiyanın əksər nazirləri, siyasətçiləri, deputatları "məcburi vətənpərvərlik" kursunun tələbi ilə faşizm, şovinizm ovqatına kökləniblər. Bu adamlar sağlam düşüncə qabiliyyətini itirib, ifrat radikal, davakar mövqeyə keçiblər. Ona görə də Delyagin kimi məsuliyyətsizin biri ortaya çıxıb nümayişkaranə şəkildə Azərbycanı nüvə silahı ilə hədələyir, ölkəmizi "təcavüzkar" adlandırır və Bakının neft sənayesinə hərbi zərbə endirmək təklifi ilə çıxış edir. Bu dəliliyin, şizofreniyanın son həddidir.

Belələri hətta iki ölkə - Azərbaycan və Rusiya arasında bu ilin fevral ayında imzalanmış müttəfiqlik bəyannaməsini də ayaqlar altına atır, qeyri-adekvat və sərsəm fikirləri ilə Rusiya ictimaiyyətində, sıravi televiziya tamaşaçılarında Azərbaycana qarşı aqressiv münasibət formalaşdırmağa çalışırlar. Lakin Rusiya siyasi elitasının və mətbuatının ayrı-ayrı təmsilçilərinin qonşu ölkələrə qarşı bu cür hegemon və davakar yanaşmaları ilk növbədə Rusiya dövlətinin və xalqının öz maraqlarına ziddir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər