Zelenski 3 mövzuda Rusiyaya güzəştə getməyəcək
Dərc olunub:
29-03-2022, 12:34
Ukrayna tərəfi 3 mövzuda Rusiyaya güzəştə getməyəcək.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin xarici işlər naziri Dmitri Kuleba vasitəsilə Kiyevi Rusiya ilə danışıqlarda təmsil edən nümayəndə heyətinə birbaşa göstərişlər verdiyi məlum olub.
Belə ki, Zelenskinin 3 mövzuda güzəştə getməyəcəyi bildirilir. Bunlar Ukrayna vətəndaşları, torpaq və suverenliklə bağlıdır.
Məlumata görə, Ukrayna bu məsələlərin Rusiya tərəfilə danışıqlarda müzakirəyə çıxarılmasına imkan verməyəcək.
Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüş keçirirlər.