Putin son sözünü dedi: Müharibə davam edəcək
Dərc olunub:
16-03-2022, 20:39
“Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi hərbi əməliyyat sona qədər aparılacaq”.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin regionlara dəstək tədbirləri ilə bağlı iclasda bildirib. Dövlət başçısı bu açıqlaması ilə müharibənin davam edəcəyini söyləyib.
Putinin sözlərinə görə, Qərb Rusiyanın müstəqil kursunu bağışlamayacaq və onu sıxışdırmağa, ərazi bütövlüyünü pozmağa çalışacaq, lakin ABŞ və müttəfiqləri bunu edə bilməyəcək.
“Əgər Rusiya qoşunları yalnız Donbassda fəaliyyət göstərsəydi, bu təhlükənin aradan qaldırılmasına gətirib çıxarmazdı”, - deyə Putin çıxışında vurğulayıb.
Qeyd edək ki, fevralın 24-də Rusiya ordusu Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.