Sizin Reklam Burada

VII Qurultay YAP-da yeni mərhələnin başlanğıcıdır

VII Qurultay YAP-da yeni mərhələnin başlanğıcıdır«Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir.» Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu barədə aydın təsəvvür yaradır.

Yeni Azərbaycan Partiyasının yaradılması dövrün, zamanın tələbi, xalqın istəyi idi.

Azərbaycan bu gün elə bir inkişaf mərhələsinə gəlib çatıb ki, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar digər dövlətlərə nümunə göstərilir. Vaxtilə Yeni Azərbaycan Partiyası «Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı ilə çıxış edirdisə, bu gün «Yeni hədəflərə doğru İlhamla irəli» deyir. Yeni-yeni hədəflərə yol açan isə qeyd etdiyimiz kimi, uğurlarımız və gələcəyə hesablanmış strategiyadır.

Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi.

Bu gün Yeni Azərbaycan Partiyası vətənpərvər, intellektual, savadlı gəncləri özündə birləşdirən siyasi partiyadır. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişmiş həmin gənclər Vətən müharibəsində böyük fədakarlıq göstərərək, öz canlarından keçdi, şəhid, qazi oldu və tarixi ədaləti bərpa etdilər.

Əminik ki, bu günə qədər öz missiyasını uğurla həyata keçirən, qarşıya qoyduğu məqsədlərə nail olan, qələbələr partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bundan sonra da Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara və qələbələrə imza atacaqdır.

Pərvin Ağasiyev
Siyəzən Rayon Təhsil Şöbəsinin müdirii

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər