Azərbaycan Ermənistana 5 maddəlik təklif GÖNDƏRİB
Dərc olunub:
12-03-2022, 00:52
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərildiyini bildirib.
Avrasiya.net xəbər verir ki, XİN başçısı bu barədə Türkiyənin "Anadolu" informasiya agentliyinə müsahibəsində deyib.
“Ermənistan münasibətlərin normallaşmasını səmimiyyətlə istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir", - deyən nazir İrəvandan cavab gözlədiyini vurğulayıb.
Ceyhun Bayramov, həmçinin qeyd edib ki, sənəddə əsas prinsiplər müəyyənləşdirilib.
"Əgər Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə öz yanaşmalarını dərhal bildirsinlər", - Azərbaycanın XİN başçısı müsahibəsində deyib.