ABŞ-da ümumamerika Qarabağ mitinqi keçiriləcək
Dərc olunub:
18-02-2022, 09:20
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ümumamerika Qarabağ mitinqi keçiriləcək.
Bu barədə Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli məlumat verib.
“Mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan azərbaycanlıların iştirakı planlaşdırılır. Bunun üçün paytaxt Vaşinqtona müxtəlif maşrutlar üzrə avtobuslar təşkil olunub. İcazəli, dinc mitinqi keçirməkdə məqsəd dünya ictimayyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə çəkməkdir”,- Ercan Yerdələnli bildirib.