"Xəzərin statusu tez bir zamanda həll edilməlidir"
Dərc olunub:
10-02-2022, 12:34
İranla Azərbaycan arasında tez bir zamanda həll olunmalı məsələlərdən biri Xəzərin statusu məsələsidir.
Avrasiya.net xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Səfir deyib ki, bu, daha çox çoxtərəfli, yəni bütün Xəzəryanı ölkələri iştirakı ilə həll olunmalı məsələdir: “Biz ölkə daxilində Xəzərin hüquqi statusuna dair konvensiyanın təsdiqi ilə bağlı bir çox mərhələləri keçmişik, hazırda məsələ parlamentdə təsdiq mərhələsindədir. Bu məsələ başa çatdıqdan sonra biz enerji əməkdaşlığı, enerji mənbələrinin işlənilməsi məsələsində daha əminliklə danışa bilərik. Bir-iki enerji mənbəyi var ki, onlarla bağlı fikir ayrılıqları yoxdur”.