Rəisi Azərbaycanla əlaqələrdən danışdı
Dərc olunub:
26-01-2022, 15:36
Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcək.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 26-da ölkəsində rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
İran Prezidenti həmçinin xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Seyid İbrahim Rəisi iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb.