Sizin Reklam Burada

Zakir Həsənovun İrana səfəri İrəvanı xoflandırdı

Zakir Həsənovun İrana səfəri İrəvanı xoflandırdıAzərbaycanın İranla əməkdaşlığı uzun illərdir ki, var. Lakin zaman-zaman bu əməkdaşlığa kölgə salmaq istəyən qüvvələr olub. Bu qüvvələrin də başında Ermənistan gəlir. Azərbaycan və İranın yaxınlaşmasından Ermənistanın narahat olması başadüşüləndir. Rəsmi İrəvan İrandan böyük dəstək alıb və indi onlar sözügedən dəstəyin kəsiləcəyindən narahatdırlar.

Bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İrana səfərini və onun Ermənistanda doğurduğu narahatlığı Axar.az-a şərh edən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib. Ekspertin sözlərinə görə, ölkələrimiz arasında münasibətlər hansısa başqa dövlətə qarşı deyil və Ermənistanın narahatlığı əbəsdir:

“Yaxşı bir atalar sözümüz var: xain həmişə xoflu olar. Azərbaycanın İranla və digər dövlətlərlə əlaqələri heç bir üçüncü dövlətə qarşı deyil. Ermənistan özünün təcavüzkar ambisiyalarından əl çəksə, o da həyata keçirilməkdə olan iqtisadi layihələrdə iştirak edə və beləliklə bölgədə sülhə töhfə vermiş olar. Biz isə bunun əksini görürük. Rəsmi İrəvan gah təxribat xarakterli açıqlamalar verir, gah da Gürcüstanla münasibətləri gərginləşdirməyə çalışır”.

Müdafiə naziri Zakir Həsənovun İrana səfəri haqqında danışan Üzeyir Cəfərov Azərbaycan və İran arasında münasibətlərin müsbət inkişafının bölgədə sabitliyin əsas şərtlərindən biri olduğunu vurğulayıb:

“Zakir Həsənovun səfəri ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan İranla hərbi-tibbi, hərbi-təhsil və Xəzər dənizində müəyyən məsələlərin həlli ilə bağlı əməkdaşlıq etmək niyyətindədir. İranda İbrahim Rəisi yeni prezident seçildi və buna görə təbii olaraq nazirlər də dəyişdi. Səfər bu baxımdan həm də tanışlıq xarakterlidir. Bildiyimiz kimi, ölkə başçılarının görüşündən sonra arada olan gərginliyə son qoyuldu və bir çox məsələlər öz axarına düşdü. Səfər çərçivəsində Zakir Həsənov artıq İranın müdafiə naziri və digər vəzifəli şəxslərlə görüşlər keçirib, həmkarını Azərbaycana səfərə dəvət edib və hərbi sənaye məhsulları ilə tanış olub. Digər tərəfdən İranın yol və şəhərsalma naziri Rüstəm Qasıminin rəhbərlik etdiyi nümayəndə heyətinin birbaşa Füzuliyə səfər etməsi, orada görülən işlərlə tanış olması və ölkəsinin müxtəlif layihələrə qatılmaq niyyətində olduğunu bildirməsi çox müsbət və normal bir hadisə kimi qəbul edilməlidir. Çünki Azərbaycan-İran münasibətləri regionda sülhün və əmin-amanlığın bərpası üçün həyati əhəmiyyət daşıyır. Ermənistana isə bizim əlaqələrimizin heç bir isti-soyuğu yoxdur. Onların Azərbaycan-İran yaxınlaşmasına görə qaldırdığı səs-küyün səbəbi təxribatdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər