Qazaxıstan - Dövlətçilik yolunda uğurlu inkişaf modeli...

25 oktyabr – Qazaxıstan Respublikasının Milli Günüdür

Bu gün -- ölkənin tarixində mühüm dönüş nöqtəsini ifadə edən əlamətdar bayramdır.

1990-cı ilin bu günündə qəbul edilən Dövlət Suverenliyi Bəyannaməsi ; Qazax xalqının azadlıq və milli müstəqillik yolunda atdığı cəsarətli addım kimi tarixə düşüb.

Bu sənəd sonradan Qazaxıstanın tam müstəqilliyinin hüquqi-siyasi əsasını formalaşdırdı və yeni dövlətçiliyin ideoloji təməlini qoydu.

Qazaxıstan — Mərkəzi Asiyanın ən böyük dövləti, eyni zamanda bölgənin iqtisadi, siyasi və humanitar inkişaf mərkəzlərindən biridir.

Ümumi sahəsi 2 milyon 724 min kvadrat kilometr olan Qazaxstan -- dünyanın doqquzuncu, ən böyük ölkəsidir.

Zəngin təbii resurslara, strateji coğrafi mövqeyə və intellektual potensiala malik Qazaxıstan -- müstəqillik illərində çoxşaxəli islahatlar yolu keçmişdir.

Hazırda Qazaxstan iqtisadi sabitliyini təmin edib, modernləşmə və rəqəmsallaşma istiqamətində böyük uğurlara imza atıb.

Qazaxıstanın hazırkı Prezidenti Qasım-Jomart Kemel oğlu Tokayev təkcə milli miqyasda deyil ; dünya səviyyəsində tanınan böyük dövlət xadimidir. O, uzun illər BMT rəhbərliyində yüksək vəzifələrdə çalışmış; beynəlxalq diplomatiya, qlobal təhlükəsizlik və beynəlxalq əməkdaşlıq sahəsində dərin təcrübə qazanmışdır.

Tokayevin siyasi fəlsəfəsinin mərkəzində xalqın rifahı ; dövlətin sabitliyi və gələcək nəsillərin xoşbəxtliyi dayanır.

Onun rəhbərliyi dövründə Qazaxıstan demokratik islahatlar, sosial rifahın yüksəldilməsi, gənclərin elm və texnologiya sahəsində inkişafı üçün geniş imkanlar yaradılıb.

Tokayev həm də dünyada sülhün və dialoqun tərəfdarı kimi tanınır — o, beynəlxalq müstəvidə Mərkəzi Asiyanın sabitlik və əməkdaşlıq məkanı kimi formalaşmasına böyük töhfə verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Milli Günü münasibətilə Prezident Qasım-Jomart Tokayevə ünvanladığı təbrik məktubu -- iki ölkə arasında dostluq, qarşılıqlı etimad və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin məktubunda vurğulandığı kimi, Qazaxıstanın bu illər ərzində qazandığı iqtisadi nailiyyətlər ; əhalinin rifah səviyyəsinin artması və beynəlxalq nüfuzunun möhkəmlənməsi Tokayevin uzaqgörən siyasətinin bəhrəsidir.

Azərbaycan -- Qazaxstan münasibətlərinin əsasında ortaq tarix ; mədəni və mənəvi köklər dayanır.

Azərbaycan və Qazaxıstan arasında 20 il əvvəl imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə bu gün də iki dövlətin əlaqələrinin möhkəm hüquqi-siyasi bazasını təşkil edir.

Energetika, nəqliyyat, yaşıl enerji, informasiya texnologiyaları və mədəni-humanitar sahələrdə əməkdaşlıq sürətlə genişlənir.

Bu yaxınlarda Prezident İlham Əliyevin Qazaxıstana həyata keçirdiyi dövlət səfəri zamanı imzalanan yeni sənədlər ; əldə olunan razılaşmalar və aparılan müzakirələr -- münasibətlərin daha yüksək keyfiyyət mərhələsinə keçdiyini nümayiş etdirir.

Bu gün Qazaxıstan daxili sabitliyi, sosial rifahı və liderliyi ilə regionda sabitlik və inkişafın dayağına çevrilib.

Qasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan yalnız müasir dövlətçilik modelini qurmaqla kifayətlənmir ; həm də türk dünyasının və Avrasiya məkanının gələcəyinə strateji töhfə verir.

Azərbaycan xalqı və dövləti üçün qardaş Qazaxıstanın hər bir uğuru -- ortaq sevinc və qürur mənbəyidir.

Milli bayram günü münasibəti ilə Qazaxstan xalqını TƏBRİK edirik !!!

Qəvami Sadıqbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər