Gürcü müxalifətinin bir hissəsi Qərbdən tapşırıq alır

Gürcüstan müxalifətinin məlum kəsiyinin siyasi fəaliyyəti və hərəkətləri Qərbdən yönləndirilir, idarə edilir və maliyyələşdirilir.
"Gurcu arzusu"nun parlamentdən "Xarici agentura şəbəkəsinin fəaliyyətinin şəffaflaşdırılması"na xidmət edəcək qanun layihəsini keçirməsi və təsdiq olunmasına nail olması gürcü müxalifətinin Qərbdəki havadarlarının, o cümlədən donor təşkilatlarını ciddi şəkildə "qayğılandırıb".

Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov Gürcüstan da keçirilən etiraz aksiyalarıba münasibətində deyib.

O, qeyd edib ki, bu qanun Qərb tərəfindən maliyyələşdirilən QHT-lərin maliyyə mənbələri ilə bağlı məsələlərə aydınlıq gətirir və qanunvericiliyin müəyyən etdiyi çərçivədə fəaliyyətini vacib edir. Bu isə QHT-ləri, habelə onlarla bağlı siyasi partiyaları qane etmir: "Əvvəla, maliyyənin həcmini gizlətmək olmur, ikincisi, vergiləri ödəmək zərurəti yaranır, müxalifət isə Qərbdən daxil olan pul vəsaitlərinin həcminin gizlədilməsində maraqlıdır, ən azı onun fəaliyyətinin Qərbdən yönləndirilməsi ilə bağlı məsələləri ictimaiyyətdən və dövlətdən gizlətmək istəyəyir. Odur ki, qanunun Rusiyanın təzyiqi ilə qəbul olunduğunu iddia edərək, onun ləğv olunmasını tələb edir, hazırkı iqtidarı isə Rusiyaya işləməkdə günahlandıraraq parlament və prezident hakimiyyətinin legetim olmadığını bildirir və buna görə də, növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Gürcüstan hakimiyyətinin Avropa Birliyinə inteqrasiya məsələlərinə dövlətin ümdə maraqları konteksindən yanaşması, Qərbin tələbi ilə gürcü xalqının mental dəyərlərinə uyğun olmayan qanun dəyişikiliklərini qəbul etməkdən imtina etməsi, nəhayət, Qafqazda Rusiyaya qarşl ikinci cəbhəni açmaq və Kremli Ukraynanın ardınca Gürcüstanla da, müharibəyə sürükləməkdən imtina etməsi müxalifətin iqtidara qarşı mübarizəsini şətrləndirən əsas amillərdəndir. Gürcüstanda yuzlərlə QHT Qərbin donor təşkilatlarından hər il milyon dollarlarla qrant layihələri alırdılar ki, bu QHT-lərdə ümumilikdə göturüldükdə 30 mindən çox adam maliyyə vəsaiti alırdı, gürcü müxalifətinin etiraz aksiyalarında fəallıq edənlər də, məhz onlardırlar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər