Türkiyədə 150-dən çox şəxs terrorizm ittihamı ilə həbs edildi

Son bir ayda Türkiyənin 50 vilayətində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 286 nəfər saxlanılıb. Onlardan 154-ü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkələrdə paylaşım edib.

Onun sözlərinə görə, şəxslərin saxlanması Ankara, İstanbul və İzmir kimi böyük şəhərlərdə də olub.

Həbs olunanlar qadağan olunmuş təşkilatlarla əlaqədə olmaqda, cinayət təşkilatlarını maliyyələşdirməkdə və FETÖ terrorçularının istifadə etdiyi “ByLok” şifrəli mesajlaşma proqramından istifadə etməkdə ittiham olunurlar.

Daxili İşlər Nazirliyi polisin antiterror bölmələrinin əməkdaşlarına cinayətlə mübarizədə uğurlu fəaliyyətlərinə görə minnətdarlığını bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər