Bakı-Astana münasibətləri: Şəqrlə Qərb arasında əməkdaşlığın uğur formulu

“Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət nəticəsində Azərbaycan öz ərazi bütövüyünü və suverenliyini bərpa edib Ermənistanla sülh sazişini paraflamaqla dünyada yeni reallıq yaradıb. Əldə edilən bu tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti məlumdur.

Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Təbii ki, Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır”.

Bunu Avrasiya-net-ə açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, yeni reallıq Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə münasibətləri çox yüksək səviyyədə qurulmasını şərtləndirir: “Bu səbəbdən də Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Çünki ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsində, heç şübhəsiz, enerji və nəqliyyat dəhlizləri də mühüm rol oynayır.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək. O baxımdan da Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm iki, həm üçtərəfli, həm də çoxtərəfli formatlarda sıx əməkdşalıq münasibətləri qurmaqdadır.

Cənab Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri də bu məqsədlərə xidmət edir. Qazaxıstan nəinki Mərkəzi Asiyada, həmçinin Avrasiya coğrafiyasında mühüm əhəmiyyət kəsb edən ölkələrdən biridir. Qazaxıstanla əlaqələrin daha yüksək səviyyəyə çatıdırlması Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də regional təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və enerji əməkdaşlığının dərinləşməsinə xidmət edir. Bu səbədən də son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə, eləcə də bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri intensiv xarakter alıb. Bu qarşılıqlı səfərlər nəticəsində ikitərəfli və çoxtərəfli formatlarda mühüm sənədlər imzalanıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Siyasi əlaqələrlə yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni sahələrdə də münasibətlər daha da genişlənib”.

Deputat onu da bildirib ki, son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir: “Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir.
Ötən illər ərzində Azərbaycan və Qazaxıstan arasında təqribən 170 sənəddən ibarət mükəmməl hüquq-müqavilə bazası formalaşıb, siyasi, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Xüsusilə bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bu sənəd əməkdaşlığın müxtəlif sahələrdə etibarlı əsasını formalaşdıraraq son illərdə münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradıb.

İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli müstəvidə deyil, həm də çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal və səmərəli əməkdaşlıq edirlər.

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada bir çox qlobal və regional məsələlərdə ortaq mövqedən çıxış edərək, həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də sülh və sabitliyin təmin olunmasına töhfə verirlər.

Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş fəaliyyəti Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.
Bütün bunlar sübut edir ki, ortaq soykökə və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də təhsil, mədəniyyət və humanitar sahələrdə də davamlı olaraq inkişaf edir. Bu əməkdaşlıq gənc nəsillərin yetişdirilməsinə, elm və təhsil əlaqələrinin genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Bu səfər iki qardaş ölkə arasında münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq daha da dərinləşərək inkişaf edəcək və nətivə etibarı ilə Cənubi Qafqaz, Mərkəzi Asiya regionunda sabitliyə, təhlükəsizliyə, sıx əməkdaşlıq münasibətlərinin yaranmasına töhfə verəcək. Səfər eyni zamanda Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olaraq qarşısında duran hədəflərə nail olunması istiqamətində mühüm addım olacaq”.

Mürtəza

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər