Putin müharibəni niyə dayandırmaq istəmir?
Dərc olunub:
20-10-2025, 10:15
İnsanlar hazırda Rusiyada Ukraynaya qarşı müharibədə iştiraka görə böyük pullar ödəyirlər. Bu, Ukraynaya qarşı döyüşənlərin sülh dövründə qazandıqları puldan 10-15 dəfə çoxdur.
Bunu Avrasiya.net-ə Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us Putinin müharibənin dayandırmamasına münasibətində deyib.
O, qeyd edib ki, müharibənin dayandırılması o deməkdir ki, əlində silah və onlardan istifadə təcrübəsi olan bütün bu insanlar evlərinə 10-15 dəfə aşağı maaşla qayıtmalıdırlar: "Bu, inqilabi vəziyyətdir. Necə ki, 1917-ci il inqilabından əvvəl. Onun buna ehtiyacı yoxdur".
Son xəbərlər
