TDT-nin 12-ci Zirvə Görüşü region üçün perspektivlər vəd edir

Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü


Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni inteqrasiya mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu Zirvə Görüşündə çıxışı regional sabitlik, sülh və əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi önəm daşıdı.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir”. Bu fikirlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətini, eyni zamanda, Türk dünyasında sabit və dayanıqlı təhlükəsizlik sisteminin formalaşmasına verdiyi töhfəni əks etdirir.

Zirvə görüşündə Türk dövlətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi, nəqliyyat və enerji layihələrinin genişləndirilməsi, o cümlədən regional təhlükəsizliyin təmin olunması əsas müzakirə mövzularından biri oldu. Prezident İlham Əliyev xüsusilə Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının iqtisadi birliyinə və qarşılıqlı əlaqələrin dərinləşməsinə mühüm təsir göstərəcəyini vurğuladı.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə və ardınca həyata keçirilən lokal antiterror tədbirləri Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar bölgədə sülhün və ədalətin bərqərar olunmasına, həmçinin Türk dövlətlərinin ortaq maraqlarının daha səmərəli şəkildə qorunmasına şərait yaradıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər