Seyid Mirtağı Əsədovdan Kobaxidzeyə etiraz

Gürcüstan Baş Naziri İrakli Kobaxidzenin “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə, xüsusilə də ölkəmizdə yaşayan müsəlman icmaları arasında ciddi narahatlıq doğurub.

Bu cür bəyanatlar həm İslam dininə, həm də bu dini təmsil edən milyonlarla insanın inancına qarşı hörmətsizlik kimi qəbul olunur. Sual olunur: hörmətli Baş Nazir bu sözləri ilə nə demək istəyir? İslamı təhqir etmək, Məhəmməd adını daşıyan insanlara qarşı nifrət yaratmaq, yoxsa onların adını “böhran” kimi təqdim etməklə hansı məqsədi güdür?

Əgər hökumətin Avropa ölkələri ilə münasibətlərində hər hansı siyasi və ya ideoloji gərginlik mövcuddursa, bunu İslamın müqəddəs adları və dəyərləri üzərindən aparmaq doğru deyil. Belə yanaşmalar cəmiyyətin dini və milli birliyinə zərbə vurur, milyonlarla müsəlmanın duyğularına toxunur.

Gürcüstanda yüz minlərlə müsəlman yaşayır və “Məhəmməd”, “Əli” kimi adlar bu xalqın ən çox sevdiyi, hörmət etdiyi adlardandır. Heç kim insanların övladlarına hansı adı verməsinə müdaxilə edə bilməz – bu, onların təbii hüququ və şəxsi seçimidir.

Cənab Baş Nazir, ölkəmizin qarşısında duran real problemlər – iqtisadi çətinliklər, sosial ədalətsizliklər, bölgələr arasında bərabərsizlik və gənclərin gələcək narahatlıqlarıdır. Hökumət diqqətini bu məsələlərin həllinə yönəltməlidir, insanların dini və mənəvi dəyərlərini müzakirə obyektinə çevirməməlidir.

“Məhəmməd” adı böhran deyil – o, nur, bərəkət və rəhmətdir. Bu ad Allahın bəşəriyyətə göndərdiyi hidayəti, mərhəməti və məğfirəti simvolizə edir.

Biz bütün Gürcüstan vətəndaşlarını dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq birliyə, qarşılıqlı hörmətə və anlayışa çağırırıq.
Baş Nazir də öz çıxışlarında bu dəyərləri qorumaqla, dövlətin hər bir vətəndaşına bərabər münasibət göstərməlidir.

Hörmətlə,
Seyid Mirtağı Əsədov
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər