Ermənistanda daha bir keşiş saxlanıldı
Dərc olunub:
15-10-2025, 11:20
Ermənistanda güc strukturları keşiş Paren Arakelyanı saxlayıb.
Ermənistan KİV xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin informasiya xidmətinin direktoru, keşiş Esai Artenyan məlumat verib.
P.Arakelyan ağır cinayətlərin araşdırılması şöbəsinə aparılıb.
Bundan əlavə, II Qareginin qardaşı oğlu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb və o özü də istintaq şöbəsinə aparılır.
Son xəbərlər
