Bahonər hicabla bağlı bəyanatını təkzib etdi

Bahonər hicabla bağlı bəyanatını təkzib etdiHicab qaydalarını pozanlara qarşı münasibətlə bağlı dediyim fikirlər yanlış anlaşılıb.

Axar.az xəbər verir ki, bunu İran Məsləhət Şursının üzvü Məhəmməd Rza Bahonər deyib.

İran televiziyasında çıxış edən Bahonər onun ifadələrindən bəzilərinin sui-istifadə etdiyini və məsələnin mahiyyətinin təhrif edildiyini bildirib:

“Mən hicabsızlığın qarşısının alınmasının əleyhinə deyiləm, sadəcə hicabsızlığa qarşı tətbiq olunan metodların dəyişdirilməsinin vacibliyini demişəm”.

Məhəmməd Rza Bahonər əlavə edib ki, heç kim hicabın əhəmiyyətsiz və qeyri-zəruri olduğunu deyə bilməz.

Qeyd edək ki, bir neçə gün əvvəl bir sıra media orqanları Məhəmməd Rza Bahonərə istinadla “İranda məcburi hicab qanununun icrası dayandırıldı” başlıqlı məlumat yaymışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər