Kiyevdə bloger avtomobilində ölü tapıldı - Foto

Ukrayna paytaxtı Kiyevin Obolon rayonunda başından güllə yarası almış 32 yaşlı kişi meyiti aşkarlanıb.

Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Bildirilib ki, meyit bu gün səhər saatlarında avtomobilin içərisində tapılıb və yanında öz adına qeydiyyatda olan silah müəyyən edilərək götürülüb.

İlkin araşdırmalar nəticəsində ölən şəxsin kriptovalyuta sahəsində fəaliyyət göstərən iş adamı və bloger olduğu müəyyən edilib. Bir gün əvvəl, o, ailəsinə maddi sıxıntılar səbəbindən depressiyaya düşdüyünü bildirib və vida mesajı göndərib.

Polis ölənin adını açıqlamasa da, sosial şəbəkələrdə onun biznesmen Kostya Kudo kimi tanınan Konstantin Qaniç olduğu barədə məlumatlar yayılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Qanlı olayın səbəbləri müəyyənləşdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər