Rusiya Paşinyana qarşı namizəd çıxara biləcək?

Gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri Ermənistanın avrointeqrasiya talehini və Rusiyanın regionda, Ermənistanda mövcudluğuna əhəmiyyətli təsir edən siyasi proses hesab etmək olar. İndidən proses Rusiya yönümlü qüvvələrin, liderlərin arasında ciddi fikir ayrılıqları yaradıb. Buna baxmayaraq, Rusiya Ermənistanda bütün imkan və qüvvələri səfərbər etməklə Paşinyanı hakimiyyətdən kənarlaşdırmağı planlayır. Hələ ki, mövcud vəziyyət Ermənistan baş naziri Nikol Paşinyanın xeyrinə işləyir.

Məsələ burasındadır ki, Rusiyanın Ermənistanda Samvel Karapetyan “gedişi” iflasa uğradıqdan sonra, Sarkisyan yaxud Koçaryan “seçimi” məcburiyyəti Rusiya yönümlü liderlərin arasında parçalanmaya səbəb olub. Yeni real siyasi lider ortaya çıxarmaq isə Rusiya üçün hələlik mümkün görünmür.

Artıq Robert Koçaryan və Serj Sarkisyan arasında yaranan ziddiyyət özünü büruzə verir və getdikcə bu ziddiyyət Rusiyanın kimə “stavkası” ilə daha da dərinləşə bilər. Keçmiş prezident və indiki baş nazirə yaxın hesab edilən Levon Ter-Petrosyanın da Paşinyandan imtinası və Rusiya cəbhəsində yer alması, sözsüz ki, Ermənistanda keçiriləcək seçki və hakimiyyətə ümidlə bağlıdır.

Müşahidələr göstərir ki, Rusiya siyahısında Robert Koçaryana xüsusi yanaşma var. Ancaq bu, o demək deyil ki, Rusiya Ermənistanda seçkilərdə yekun namizədində son seçim edib. Buna görə də Robert Koçaryan aid olduğu Rusiya cəbhəsindəki və revanşistlərin içində özünə rəqib bildiyi fiqurları zəiflətməyə və kənarlaşdırmağa başlayıb. Serj Sarkisyan və Robert Koçaryan artıq vahid güc deyil. Sözsüz ki, Rusiyanın və eləcə də Paşinyana müxalif qüvvələrin Sarkisyana münasibətinin, seçiminin əsasında onun 2018-ci il Paşinyan qarşısından geri çəkilməsi durur.

Rusiyanın Ermənistanla bağlı planlarında qətiyyətinin əsas səbəbi bütün Cənubi Qafqazda mövcudluq məsələsidir. Bu isə Rusiya dövlətçiliyinin imperialist əsaslarına güclü psixoloji və strateji zərbədir. Ermənistanda Rusiya meyilli liderin hakimiyyətə gətirilməsi ABŞ-ın Zəngəzur dəhlizindən kənarlaşdırılmasına imkanlar yarada bilər. Əbəs deyil ki, Robert Koçaryan bu günlərdə xarici mətbuata açıqlamasında Zəngəzur dəhlizinin Ermənistan üçün heç bir əhəmiyyətinin olmadığını bildirib. Təbii ki, ABŞ başda olmaqla kollektiv Qərb Paşinyan hakimiyyətini qorumağa çalışacaq.

Rusiya üçün Cənubi Qafqazda mövcudluq müharibəsi hələ ki, silahsız - Ermənistan parlament seçkiləri üzərində keçirilir. Düşünürəm ki, arzuolunan olmasa da, prosesə silahlı müdaxilə aktuallığında qalır. Gürcüstanda mitinqlər, Moldovada Sandunun təkrar qələbəsi Rusiyanı daha da ciddi addımlara sövq edə bilər. Əlbəttə ki, Rusiya Azərbaycana qarşı da düşmənçilik siyasətini dayandıran deyil, ancaq münasibətləri normallaşdırmaq da çox maraqlıdır. Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun verdiyi açıqlamaya görə, Tacikistanda keçiriləcək sammitdə Rusiya və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır. Azərbaycanla normal münasibət Rusiya üçün nəinki həyati vacib zərurətdir, hətta Ermənistanda keçiriləcək seçkinin nəticəsinə də öz təsirini göstərə bilər.

Qaldı ki, Ermənistanda Paşinyanın yenidən qələbəsinin mümkünlüyünə, təbii ki, bu ehtimal çox yüksəkdir. Baş nazirin irəli sürdüyü “Dördüncü Respublika”, real və münaqişəsiz Ermənistan planları erməni cəmiyyətinin çoxluğunun istəyinə uyğundur. Onu da nəzərə almaq lazımdır ki, Paşinyan eyni zamanda Ermənistan katolikosu Qareginlə mübarizəsini davam etdirir. Amma vəziyyət elə bir həddə çatıb ki, Paşinyan paralel kilsə hakimiyyəti yaratmaq yolunda mühüm addımlar atır. Olsun ki, bu vəziyyətdə kilsə də o seçim qarşısında Paşinyan hakimiyyətinə mane olmaqdan çəkinəcək. Yəni, parlament seçkisində ona mane olmağa açıq cəhd göstərməyəcək. Əgər Paşinyan Rusiyadan müdaxiləni neytrallaşdıra bilərsə, ictimaiyyətə növbəti seçkilərdə qələbəsinə hesab götürə bilər.

Heç şübhəsiz ki, Rusiya Koçaryanla Ermənistanda hakimiyyəti götürmək şansının çox az olduğunun fərqindədir. Ona görə də Rusiya namizəd axtarışını ən son məqama kimi davam etdirəcək.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər