Qərb Gürcüstanda inqilab ssenarisi tətbiq edib

Qərb Gürcüstanda inqilab ssenarisi tətbiq edibGürcüstanda oktyabrın 4-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə etiraz edən müxalifət aksiyalarını davam etdirir. Dünən gecə Tiflisdə müxalifətin tərəfdarları yenidən Rustaveli prospektini parlament binası yaxınlığında bağlayıblar.

Politoloq Məhəmməd Əsədullazadə Avrasiya.net-ə deyib ki, Avropa İttifaqının bu etiraza dəstək verməsi istisna deyil: "Qərblə Gürcüstan hökuməti arasında siyasi böhran hökm sürür. Avropa Rusiya yönümlü adlandırdığı "Gürcü Arzusu" hökumətinin devrilməsində maraqlıdır. Bu seçkilərin nəticələrinə etiraz olaraq Qərb Gürcüstanda inqilab ssenarisini işə salıb. Etiraz aksiyaları prezident sarayını və parlamenti hədəfə alıb.

Moldovada seçkilərin nəticələri Gürcüstan müxalifətini və Qərbi kifayət qədər hökumətin üstünə getməsinə rəvac verib. Etiraz aksiyaları anti-Rusiya şüari ilə keçiriməklə, birbaşa geosiyasi rəqabətin meydançasına çevrilib. Moldovada qələbə əldə edən Qərb Gürcüstanda inqilabla Rusiyanın dəstəklədiyi hökuməti devirməyə çalışacaq. Bu etiraz aksiyalarının iştirakçılari əvvəlki etirazlardan fərqli olaraq qəzəblidir. Görünən odur ki, Tiflis "döyüş meydanına" çevriləcək.

İnqilabın baş tutması aksiya iştirakçılarının fəaliyyətindən və vahid liderin ortaya çıxması nəticəsində baş tutması mümkün ola bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər