Gürcüstanın 5 müxalif liderini 9 ilədək həbs gözləyir

Gürcüstanın 5 müxalif liderini 9 ilədək həbs gözləyirGürcüstan Prokurorluğu beş müxalifət xadimini dövlət çevrilişinə və hökumətin devrilməsinə çağırışda ittiham edib.

Bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

"Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeyə qarşı ittiham irəli sürülüb", - məlumatda deyilir.

Müxalifət üzvlərinin qrup zorakılığını təşkil etmək, onlara rəhbərlik etmək və bu zorakılıqda iştirak etməkdə ittiham olunublar. Prokurorluğun məlumatına görə, dövlət çevrilişi təşkil etməyə cəhd edən vətəndaşları 9 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Sakinlər şəhər və bələdiyyə merlərini, eləcə də şəhər şurasının üzvlərini seçiblər. Elə həmin gün müxalifət nümayəndələri paytaxtda etiraz aksiyası təşkil edib və bu aksiya polislə toqquşmaya çevrilib. Etirazlara “Gürcü Arzusu” partiyasının seçkilərdə qalib gəldiyini elan etməsi və Avropa İttifaqına inteqrasiya öhdəliyini dayandırmaq qərarı səbəb olub.

Nümayişçilər hökumətin istefasını və regional bloka qoşulmaq üçün səylərin bərpasını tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşlara qarşı dəyənək və su şırnaqlarından istifadə ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər