“Arzu” xalqın əlindən təkcə gerçəkləri deyil, həm də sabaha olan etimadı aldı

Vasif Əfəndi
Siyasi ekspert


Gürcüstanın son onilliklərdə yaşadığı siyasi proseslərdə ən çox diqqət çəkən məqam, xalqın ümidlərinin dəfələrlə manipulyasiya olunmasıdır. 2012-ci ildə siyasi arenaya böyük iddialarla daxil olan “Gürcü Arzusu” hərəkatı və onun lideri Bidzina İvanişvili xalqa firavanlıq, ədalət və milli həmrəylik vəd etmişdi. Amma zaman göstərdi ki, bu “arzu” əslində xalqı siyasi oyunlarda vasitəyə çevirmək üçün qurulmuş bir illüziyaddır.

İvanişvili özünü korrupsiyaya qarşı mübariz, milli dəyərlərin müdafiəçisi kimi təqdim edərək hakimiyyətə gələ bildi. O, xalqın “Mişa dövrü”ndə topladığı yorğunluğu və narazılığı ustalıqla istifadə etdi. “Gürcü Arzusu” hakimiyyətə gələrkən Avropaya inteqrasiya, sosial rifahın yaxşılaşması, azad media, güclü iqtisadiyyat vəd etsə də reallıq fərqli oldu.
Hakimiyyətə gələn partiya söz azadlığını daha da məhdudlaşdırdı, ədalət sistemi siyasi sifarişlərin icraçısına çevrildi, Avropa ilə yaxınlaşma prosesi isə əngəlləndi. Gürcüstanın iki böyük ərazsini işğal edən Moskva ilə əlaqələr gücləndi, ölkə asılı siyasət kursuna sürükləndi.

Bugünkü Gürcüstan cəmiyyəti siyasi qütbləşmənin, iqtisadi ədalətsizliyin və gələcəyə inamsızlığın içindədir. “Arzu” xalqın əlindən təkcə gerçəkləri deyil, həm də sabaha olan etimadı aldı. Sadə gürcülər yaxşı iş, stabil maaş, azad məhkəmə və Avropaya inteqrasiya xəyalı ilə yaşadıqları halda, ölkə siyasi oliqarxların əlində girova çevrildi.

Ən təhlükəli məqam isə xalqın ruhunun sınmasıdır. Çünki insan yalnız iqtisadi yoxsulluqdan deyil, həm də mənəvi aldadılmadan yorulur. Bir neçə dəfə aldanan seçici öz gücünə inamını itirir və siyasi passivlik cəmiyyətə hakim olur.

İvanişvilinin şəxsi kapitalı və siyasi təsiri Gürcüstanın gələcəyini zəhərləyir. Xalqın oyana bilməsi – tarix göstərir ki, heç bir güc xalqın azadlıq iradəsini uzun müddət boğa bilmir. Gec-tez “aldanmış arzu” həqiqi milli iradə ilə əvəz olunacaq.İvanişvilinin yaratdığı “Gürcü Arzusu” illüziyası artıq öz mahiyyətini itirib. Gürcü xalqı indi daha aydın görür ki, onların gerçəklərini əlindən alan bu siyasət nə arzu, nə də gələcəkdir. Çıxış yolu isə xalqın daha şüurlu seçimi, daha güclü müqaviməti və həqiqi azadlığa inamıdır

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər