Tiflisdə gərginlik pik həddə: 14 polis yaralandı

Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tiflisin mərkəzi Rustaveli prospektində mitinq keçirirlər.

Avrasiya.net xəbəri verir ki, mitinqə bəzi bölgələrdən iştirakçılar, eləcə də tələbələr qatılır. Tiflisin bəzi ərazilərindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tiflis Şəhər Şurasının binası qarşısında quraşdırılıb.

Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub.

Mitinq hələlik dinc şəraitdə davam edir.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusuna müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.

***

Gürcüstan paytaxtında mitinq iştirakçıları prezident sarayının Atoneli küçəsində yerləşən həyətinə basqın ediblər.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, sarayın həyətinə basqın edən etirazçılarla polis arasında toqquşma baş verib. Polis bibər qazından istifadə edərək nümayişçiləri geri çəkilməyə məcbur edib. Etirazçılar geri çəkiliblər, lakin yenidən binaya basqın etmək üçün hasarı aşmağa çalışıblar.

Hazırda isə etirazçılar prezident sarayına daş, polis əməkdaşlarına isə pirotexniki vasitələr atırlar.

Bundan əlavə, keçmiş opera müğənnisi Paata Burçuladze mitinqdə ölkənin hazırkı hakimiyyətini qeyri-legitim olduğunu bildirib.

***

Tiflisdə Prezident sarayına etirazçıların hücumu nəticəsində Daxili İşlər Nazirliyinin 14 əməkdaşı yaralanıb.

Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.

O, aksiya iştirakçılarından bir neçə nəfərin də həbs olunduğunu bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər