Ukrayna Rusiyanın Çinə neft ixracı kəmərlərini vuracaq

ABŞ prezidenti Donald Trumpın Ukraynanın Rusiya ərazislərinin, ən başlıcası isə neft infrastrukturunun, neft emalı zavodlarının, kəmərlərinin vurulmasına dair razılığın verilməsi və bununla bağlı müvafiq sərəncamının imzalanması Rusiya–Ukrayna müharibəsində ciddi dönüş nöqtəsi ola bilər.

Rusiya neft istehsalı ilə bağlı infrastrukturun hədəfə alınması və paralel Avropa İttifaqının qısa müddətdə Rusiya neftindən, enerji daşıyıcılarından imtinasının təmin olunmasına dair qərarı, təbii ki, Rusiyanı çox çətin vəziyyətə sala bilər və bu da, öz növbəsində, müharibənin gedişini Rusiya üçün əhəmiyyətli dəyişə bilər və heç şübhəsiz ki, ABŞ və Aİ-nın qərarı Rusiya üçün ciddi nəticələrə səbəb olacaq. Əlbəttə ki, əgər Amerika Prezidenti Donald Trump fikirlərində və siyasi qərarlarında qətiyyətli olsun və gələcəkdə Rusiyaya münasibətdə heç bir dəyişikliklərə getməsin. Bu halda, təbii ki, Ukrayna–Rusiya müharibəsi bu mənada dönüş nöqtəsi hesab oluna bilər. Əlbəttə ki, əgər ABŞ prezidenti Donald Trump qərarında qətiyyətli olarsa.

Bir məsələ də var ki, Rusiya tərəfindən, xüsusən də keçmiş prezident, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Donald Trumpı aşağılaması, qeyri-ciddi fiqur kimi təqdim etməsi, sözsüz ki, Donald Trumpın qüruruna toxunmaya bilməz.

Ancaq ki, Donald Trumpın Ukraynaya Rusiyanın neft infrastrukturuna zərbələrə icazə verməsi təkcə Ukraynanın hərbi maraqları ilə ölçülməməlidir. Məsələ bundadır ki, Rusiyanın neft ixracının, xüsusən də Avropaya ixracının qarşısının alınması təbii ki, ABŞ-ın özünün Avropaya neft ixracını təmin etmək və Avropanı özündən asılı vəziyyətə salmaq məqsədinə də söykənə bilər.

Ən əsası isə, ABŞ-ın Ukraynaya Rusiyanın neft infrastrukturuna zərbələrin endirilməsinə icazə və bunun üçün müvafiq silahların verməsi həm də ABŞ-ın əsas rəqibi Çinə qarşı yönəlikdir. Belə ki, Çin bütün iqtisadiyyatının əsas hissəsini Rusiyanın enerji daşıyıcıları üzərində qurub. Ukraynanın əsas hərbi hədəflərindən Çinə ixrac infrastrukturunun olacağı şübhə doğurmamalıdır. İran da Çinə neft ixrac edir, ancaq İsrail–İran 12 günlük müharibəsindən sonra İran Qərbin tələblərinə daha məqbul davranır. Yeri gəlmişkən, nə Çin, nə də İran Rusiya qarşı tətbiq olunan sanksiyalara nəinki qoşulmayıb, əksinə, Rusiyanın faktiki hərbi müttəfiqləridir.

Qeyd olunan proseslər fonunda, ABŞ-ın paralel olaraq Venesuelada mövcud hakimiyyətə qarşı iqtisadi, siyasi, hətta hərbi təzyiqləri belə bir qənaəti ortaya çıxarır ki, ABŞ Venesuela hakimiyyətindən neftlə bağlı razılaşma əldə etmək niyyətindədir. Əks halda, Maduro hakimiyyəti üçün real təhlükələr yaradılacaq. Yəni, Venesuela da ABŞ-ın qlobal istəklərində bir obyekt kimi Rusiya ilə bağlı planlarla əlaqəlidir.

NATO ölkələrinin hava məkanının Rusiya tərəfindən mütamadi pozulması, Baltikyanı ölkələrdə və Polşada NATO qoşunlarının yerləşməsi və Rusiya ilə sərhəddə NATO qərargahının yaradılmasını daha da tez başa gətirdi. Böyük Britaniya və Almaniyanın isə Rusiyaya münasibətdə daha praktik və qətiyyətli davranışı Rusiya–Ukrayna müharibəsinin nəticələrinə əsaslı təsir edə bilər və nəinki təkcə Rusiya–Ukrayna müharibəsinə...

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər