Əsəd Kremlə maneədir

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvada zəhərlənməsi ilə bağlı əsas sual budur: Onu kim(lər) və nə məqsədlə zəhərləmək istəyib? Rusiyanın kəşfiyyat strukturları Kremlin hədəf seçidiyi insanları zəhləmək təcrübəsinə malikdir.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahin oğlu deyib.

O, qeyd edib ki, Rusiyanın xüsusi xidmət strukturları ölkə içində və xaricində müvafiq əməliyyatlar keçiriblər. Ancaq məsələ burasındadır ki, zəhələnənlər Kremlə müxalif olan şəxslər idi. Bəşər Əsəd isə Kremlin siyasi sığınacaq verdiyi və illərlə onu dəstəklədiyi şəxsdir. İlk baxışdan Kremlin onu zəhərləməsi məntiqi görünmür. Suriyada hakimiyyəti ələ keçirən qüvvələrin də Əsədi zəhərləmək imkanı yoxdur.

Buna baxmayaraq, Əsəd Kremlə maneədir. Rusiya hakimiyyəti Bəşər Əsədə və onun ailəsinə Rusiya ərazisində sığınacaq versə də, Kreml Suriyada Əsədi devirən Əş-Şaraa hakimiyyətiylə dialoq qurub və əməkdaşlığı genişləndirmək istəyir. Elə bu gün Suriyanın Baş Qərargah rəisi, general-mayor Əli əl-Naasanın rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfər başlayıb, müxtəlif görüşlər planlaşdırılır.

Kremlin Əş-Şaraa ilə yaxşı münasibətləri Rusiyaya bu ölkədə hərbi bazalarını saxlamağa imkan verir. Kreml bu səbəbdən Əsədə tapşırıb ki, Suriyanın yeni hakimiyyətinə qarşı açıqlama və ya bəyanat verməsin. Ancaq Əş-Şaraa Moskvanın Əsədi və onun ailə üzvlərini törətdikləri cinayətlərə görə Suriyaya təhvil verilməsini istəyir. Əş-Şaraanın bu istəyini yerinə yetirməyən Kreml eyni zamanda Əsədin fiziki yoxluğunda da maraqlı ola bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər