İran İsrail ordusunun humanitar flotiliyaya hücumlarını pisləyib

İran İsrail ordusunun humanitar flotiliyaya hücumlarını pisləyibİran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai İsrailin "Sumud" humanitar flotiliyasına hücumunu kəskin şəkildə pisləyib.

"Report" xəbər verir ki, bu barədə İran XİN-in "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

"XİN nümayəndəsi müxtəlif ölkələrdən olan fəalların və ictimai təşkilatların Fələstin xalqına dəstək məqsədilə göstərdiyi humanitar səyləri yüksək qiymətləndirib", - məlumatda deyilir.

İ.Bəqai flotiliyaya hücumu beynəlxalq normaların kobud şəkildə pozulması və terror aktı kimi xarakterizə edib. O, həmçinin bütün dövlətlərin münaqişəni dayandırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün hüquqi, mənəvi və humanitar məsuliyyət daşıdığını vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər