Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdıAzərbaycan “Zəngəzur dəhlizi” deyir? Qoy desin, söhbət Ermənistan ərazisindən getmir.

Avrasiya.net Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Min dəfə üzr istəyirəm, bəlkə də Albert Eynşteynin adını qoymağa qərar veriblər, qoy versinlər, bunun bizim suveren ərazimizlə heç bir əlaqəsi yoxdur, imzalı kağızım var”, - Paşinyan qeyd edib.

O iddia edib ki, “Zəngəzur dəhlizi” termini Ermənistanla bağlı deyil:

“Horadiz-Zəngilan yolu daha uzundur, “Zəngəzur dəhlizi” deyirlər, desinlər, problemimiz yoxdur. Razılaşdırılmış ad TRIPP marşrutudur”.

Qeyd edək ki, Ermənistanın Zəngəzur vilayətindən keçəcək yol beynəlxalq lüğətdə də daha çox "Zəngəzur dəhlizi" kimi təqdim olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər