"Rusiya ilə müharibə fəlakətə səbəb olardı" - Kavelaşvili

"Rusiya ilə müharibə fəlakətə səbəb olardı" - Kavelaşvili"Qərb ölkələrinin Tiflisdən tələb etdiyi Rusiya ilə müharibə Gürcüstan üçün fəlakətə səbəb olardı".

Bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Amerikanın "Responsible Statecraft" nəşrinə müsahibəsində deyib.

"Qərb bizdən Rusiya ilə müharibə aparmağı tələb etdi ki, bu bizim həyati vacib milli maraqlarımıza zidd olardı. Bu, 2008-ci ildəki kimi nəticələrlə başa çatacaqdı, o vaxtkı hökumətin NATO- ya etibara əsaslanan axmaq hərəkətləri Gürcüstanı fəlakətə sürüklədi", - Gürcüstan prezidenti bildirib.

Kavelaşvili müsahibəsində qeyd edib ki, Gürcüstan Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyib, ora humanitar yardım göndərib və Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Bununla belə, Gürcüstan prezidenti qeyd edib ki, Gürcüstan hökuməti Ukrayna Silahlı Qüvvələri tərkibində döyüşmək üçün ora könüllüləri göndərməkdən imtina edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər