Erməni konsul azərbaycanlı ilə sevgili olub – həbs edildi

Erməni konsul azərbaycanlı ilə sevgili olub – həbs edildiXəbər verdiyimiz kimi, erməni mediası bir müddət öncə Avstriyaya yeni təyin olunmuş konsul Aşxen Aleksanyanın İrəvana gələrkən həbs olunduğu barədə məlumat yaymışdı.

Axar.az xəbər verir ki, “Hraparak” nəşri həbslə bağlı rəsmi açıqlamanı tirajlayıb.

“2025-ci il iyunun 20-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətindən, Dövlətə qarşı Cinayətlərin İstintaqı Baş İdarəsindən, Konstitusiya quruluşunun əsasları və İctimai Təhlükəsizlikdən daxil olan məlumat əsasında Ermənistan Respublikası İstintaq Komitəsində cinayət işi başlanıb. Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşının casusluq yolu ilə dövlətə xəyanət etməsi, xarici dövlətin nümayəndəsinə dövlət sirrini təşkil edən məlumatlarla tanış olmasına və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərməsi ilə bağlı Cinayət Məcəlləsinin 424-cü maddəsi ilə cinayət işi açılıb”, - Ermənistan İstintaq Komitəsiundən bildirilib.

Nəşrin iddiasına görə, bu həbsi gizli saxlamağa çalışıblar, buna baxmayaraq, mediaya bəzi informasiya və təfərrüat sızıb. İddiaya görə, Aşxen Aleksanyan azərbaycanlının sevgilisi olub və bəzi məxfi məlumatlar ötürüb.

“Həbs xəbərinin yayılmaması üçün internetdən, bütün açıq mənbələrdən Aşxen Aleksanyanla bağlı məlumatları, hətta təyinat xəbərlərini siliblər.

İş üzrə yeganə təqsirləndirilən şəxs Xarici İşlər Nazirliyinin əməkdaşı A.Aleksanyandır. İstintaq Komitəsi artıq iş üzrə ibtidai istintaqın başa çatdığını elan edib və təsdiqlənməsi üçün prokurorluğa göndərib, bundan sonra məhkəməyə göndəriləcək”.

Aleksanyan ittihamları rədd edib, vəkilləri isə onun həbsdən azad edilməsi üçün yuxarı instansiya məhkəməsinə müraciət edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər