Özbəkistana gələn turistlərin sayı artıb
Dərc olunub:
29-09-2025, 10:22
2025-ci ilin yanvar-iyul aylarında 6,3 milyon nəfərdən çox əcnəbi Özbəkistana turizm məqsədi ilə gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur.
Özbəkistan Statistika Agentliyinin məlumatına görə, ölkəyə turist axını əsasən Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyadan olub. Avropa ölkələrindən gələnlərin sayı azdır.
Hesabat dövründə 1 turist orta hesabla 403 dollar xərcləyib. Yanvar-iyul aylarında turizm xidmətlərinin ümumi həcmi 2,5 milyard dolları ötüb.
Son xəbərlər
