"Moskva sabiq prezident Dodona siyasi və maddi dəstək verməkdədir"

Moldovada Avropa yönümlü prezidenti Maya Sandunun Liberal Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) və Rusiyapərəst sosialistlərin lideri, sabiq prezident İ. Dodon arasında mübarizə gedir.

Politoloq Məhəmməd Əsədullazadə Avrasiya.net-ə deyib ki, Rusiya üçün Moldova geosiyasi əhəmiyyət daşıyır. Bu ölkədə Rusiya Dnestryani separatçı rejim qurub. Moldovada Rusiya hakimiyyəti dəyişib, Ukraynaya Qərb istiqamətindən cəbhə açmağı planlaşdırır:

"Moskva sabiq prezident Dodona siyasi və maddi dəstək verməkdədir. Ümumiyyətlə, Moldova Rusiya üçün Avropanın daxilində bir siyasi qaladı. Ona görə də Moldovada siyasi sabitliyin əldə edilməsində maraqlı deyil. Bu ölkədə separatizmi dəstəkləyir.

İlkin hesablamalara görə prezident Sandunun partiyası seçkilərdə üstünlük qazanır. Bu, Rusiyanın məğlubiyyəti və Avropa ittifaqının qalib gəlməsidir. Qeyd edim ki, rusiyapərəst Dodonun partiyası seçkilərdə qalib gəlsəydi, Avropa İttifaqı buna imkan verə bilməzdi. Bu, Rusiyanın Avropaya qalib gəlməsi olacaqdı.

Moldovada Avropa yönümlü partiyanın qalib gəlməsi, Rusiyanın öz orbitinə çəkmək istədiyi regionlarda mövqeyini kifayət qədər zəiflədəcək.

Əgər, Rusiya Ukraynada məğlub olacaqsa, Moldovada Dnestryanı separatizmə son qoyulması mümkün ola bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər