Marneuli imamı ciddi xəbərdarlıq edib

Marneuli İmam Əli Məscidinin axundu, imamcümə Hacı Hacıyev Gürcüstanda və regionda baş verən gərginliklərlə bağlı ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Hacıyev çıxışında bildirib: “Bizim Borçalıda, Qafqazda tariximiz 3 min ilə dayanır. Heç kim bizə deyə bilməz ki, siz öz vətəninizə gedin, bura sizin vətəniniz deyil. Biz Gürcüstanın hüquqi vətəndaşlarıyıq. Əgər Gürcüstanda azərbaycanlılara qarşı şiddət halları davam etsə, əmin olsunlar ki, məmləkətdə, regionda elə bir xaos yaranar ki, bunun qarşısını nə hökumət ala bilər, nə sən, nə də mən.”

Xatırladaq ki, son günlər Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqlər artıb. Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu, Mamuka Qiqani, 19 sentyabrda şəhərdəki "Melody" şirniyyat mağazasında azyaşlı bir işçiyə şillə vurmuşdu.

Hadisənin görüntüləri sosial mediada yayıldıqdan sonra Gürcüstan Daxili İşlər Nazirliyi məsələyə rəsmi reaksiya verərək, Mamuka Giganini saxlamışdı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər