Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçiriləcək

İranın nəqliyyat və şəhərsalma naziri Fərzane Sadiq Rəşt-Astara dəmir yolu xəttinin Şimal-Cənub dəhlizində kritik əhəmiyyətə malik olduğunu bəyan edib.

Modern.az-ın məlumatına görə, Fərzane Sadiq gələn ay Bakıda Azərbaycan və Rusiya ilə üçtərəfli görüşün keçiriləcəyini açıqlayıb.

Sadik bildirib ki, bu xətt Mumbaydan Fars körfəzinə yük daşımalarında mühüm rol oynayacaq və İran vasitəsilə Azərbaycan, Rusiya və Avropa ilə fasiləsiz əlaqəni təmin edəcək. O, qeyd edib ki, son bir ildə xeyli irəliləyiş əldə edən layihə marşrutun təxminən 80 kilometrini tamamlayıb və onun yarısı yaxın həftələrdə texniki araşdırmalar üçün Rusiya tərəfinə təhvil veriləcək.

Üçtərəfli görüşdə məqsəd Rəşt-Astara xətti ilə milyonlarla ton yükün illik daşınmasına zəmanət verəcək sazişlərin imzalanmasıdır.

Bundan əlavə, Xəzər dənizində limanların və dəniz nəqliyyatı vasitələrinin dəmir yolları ilə inteqrasiyası yolu ilə region ölkələri arasında tranzit potensialının artırılması istiqamətində atılan addımlar qiymətləndiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər