Tiflisdə oteldə atışma: bir nəfər girov götürüldü
Dərc olunub:
25-09-2025, 21:10
Tiflisdə “Holiday Inn” otelində atışma olub.
Məlumatı "Rustavi 2" telekanalı yayıb.
Bildirilib ki, oteldə qalanlardan biri öz otağında atəş açıb.
Eyni zamanda, naməlum şəxsin başqa bir nəfəri girov götürdüyü də vurğulanıb.
İlkin məlumata görə, atışmada şübhəli bilinən şəxs saxlanılıb.
Qeyd edək ki, ölkənin Daxili İşlər Nazirliyi insidentlə bağlı rəsmi açıqlama yaymayıb.
Son xəbərlər
