Tiflisdə azərbaycanlı gənc silahla hədələndi

Bu gün Tiflisdə milli zəmində insidentin baş verdiyinə dair sosial şəbəkə hesablarında videogörüntülər yayılıb.

Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, görüntülərdə bir kişinin silahla kiməsə hədə-qorxu gəldiyi əks olunub.

İddia olunur ki, həmin şəxs kafedə çalışan Bolnisidən olan azərbaycanlı gəncə gürcü dilini bilməməsini irad tutub, çantasından silahı çıxararaq onu hədələyib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən yerli “Formula” telekanalına silahla hədə-qorxu gələn şəxsin saxlanıldığı bildirilib.

İnsidentin digər təfərrüatı hələ açıqlanmır.

Xatırladaq ki, sentyabrın 19-da Marneulidə Mamuka Qiqani adlı şəxs şirniyyat mağazasının əməkdaşı Orxan Piriyevə gürcü dilində danışmadığına görə şillə vurub. M.Qiqani saxlanılıb və faktla bağlı yeniyetməyə qarşı zorakılıq faktı ilə bağlı istintaq aparılır. Törədilmiş cinayət əməli 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər