Şahin Mustafayev iranın energetika naziri ilə görüşdü

Şahin Mustafayev iranın energetika naziri ilə görüşdüİranın energetika naziri Abbas Əliabadi və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.

Bu barədə İran Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər ikitərəfli əlaqələrin gücləndirilməsinin, enerji, su və infrastruktur layihələri sahələrində mövcud imkanlardan istifadənin vacibliyini vurğulayıblar.

“İki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial var və hər iki tərəf bu imkanlardan maksimum istifadə etməlidir. İran və Azərbaycan xalqları arasında qardaşlıq hissi birgə layihələrin uğurla irəliləməsi üçün dəyərli dəstəkdir”, - Əlibadi deyib.

Şahin Mustafayev də birgə layihələrin uğurla başa çatacağına əmin olduğunu bildirib:

“Biz böyük bir heyətlə İrana səfər etmişik ki, bu da əlaqələrimizi gücləndirməkdə əzmimizi göstərir. Mövcud potensialı nəzərə alaraq, birgə layihələrin uğurla başa çatacağına əminik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər