İran ABŞ-ni ittiham edib

İran ABŞ-ni ittiham edibABŞ-nin Nyu-Yorkdakı iranlı diplomatlara və onların ailələrinə tətbiq etdiyi yeni məhdudiyyətlər İranın BMT-dəki diplomatik fəaliyyətinə zərbə vurmaq məqsədi daşıyır.

"Report"un verdiyi məlumata görə, bunu İran rəsmisi İsmayıl Bəqayi sosial şəbəkədə yazıb.

O qeyd edib ki, yeni qaydalar nümayəndə heyətinin BMT-dəki vəzifələrini yerinə yetirməsini son dərəcə çətinləşdirir və onların ABŞ hakimiyyət orqanlarının müəyyən etdiyi "icazə verilən zonalar"dan kənarda keçirilən bir sıra çoxtərəfli tədbirlərdə iştirakına mane olur.

"Diplomatlarımızın hərəkətinə, hətta ərzaq alış-verişinə belə məhdudiyyətlərin tətbiqi ABŞ-nin Qərargah sazişindən irəli gələn öhdəliklərinin kobud şəkildə pozulmasıdır və ABŞ administrasiyasının İran xalqına qarşı düşmənçiliyinin bariz təzahürüdür", - Bəqayi vurğulayıb.

Xatırladaq ki, ABŞ hökuməti BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələn İran nümayəndə heyətinə qarşı yeni məhdudiyyətlər tətbiq edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər