Rus generalla birlikdə Nəriman Şıxəliyev də öldü

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, Sakit okean Donanmasının 155-ci Əlahiddə Qvardiya Dəniz Briqadasının keçmiş komandiri, qvardiya generalı Mixail Qudkov Kursk vilayətində öldürülüb.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qudkovun iyulun 2-də Kurskda sərhədyanı rayonların birində döyüş əməliyyatı zamanı öldüyünü təsdiqləyib.

“Aif.ru” saytı yazır ki, Ukrayna ordusu Kurskdakı səhra qərargahına raket hücumu edib. Hücum zamanı Qudkov qərargahda olub.

Qərargaha ən azı dörd raketin atıldığı deyilir. Məlumatlara görə, Ukrayna qərargahın yerini radiokəşfiyyat vasitəsilə müəyyən edə bilib.

Hücum zamanı Mixail Qudkovun köməkçisi kimi təqdim edilən Nəriman Şıxəliyev adlı hərbçi də həlak olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər