Sizin Reklam Burada

"İsrailə münasibətdə bəlli qanunlar işləmir"

"İsrailə münasibətdə bəlli qanunlar işləmir"Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.

Onun fikrincə, Şmotriç Netenyahu hökumətində maliyyə naziri kimi məsul vəzifədə çalışır və o rəsmi Təl-Əvivi təmsil etmək səlahiyyətlərinə malikdir. Fransanın Arte kanalına onun verdiyi müsahibə İsrailin xarici siyasətinin ekspansionst mahiyyətindən xəbər verir, zira bu müsahibədə beynəlxalq birliyin suveren və müstəqil dövlətlər kimi tanıdığı bəlli ərəb ölkələrinə, habelə İran və Türkiyəyə münasibətdə ərazi iddiaları var, ən azı bu müsahibəyə görə İsrail hökuməti bəlli dövlətlər və beynəlxalq birlik qarşısında hesabat verməli, üzr istəməlidir. Əks halda qarşı tərəfin İsraili beynəlxalq məhkəməyə vermək, ona qarşı sanksiyaların tətbiq edilməsini tələb etmək hüququ var:

"Belə bir açıqlama ilə hər hansı dövlətin siyasi rəhbərliyi çıxış etsə idi, ona qarşı beynəlxalq hüququn norma və prinsiplərinə nəzən cəzalandırıcl tədbirlər görulə bilərdi. Lakin, İsrailə münasibətdə bəlli qanunlar işləmir, bunun isə başlıca səbələri İsrailin ekspensionist siyasətinə kollektiv Qərbin dəstək verməsidir. İsrailin bəlli layihəni adiçəkilən dövlətlərə munasibətdə realizə edilməsi üçün nə kifayət qədər maliyyə, nə də iqtisadi, demokrafik resursları var.

Ərəb ölklərinin istər ayrı-ayrılıqda, istərsə də, birlikdə İsrailə qarşı cixış etmək, müqavimət gostərmək imkanlarl var. Türkiyə və İran isə bölgənin ən tanınmış və güclü dövlətləri olaraq İsrailin bu ölklərə olan hücumlarının qarşısını almaq iqtidarında olan dövlətlərdirlər.Sadəcə Sadəcə İsrail ekspansiyasının arxasında kollektiv Qərbin bölgə ilə baglı geosiyasi maraqları var, dünya nizamına bu fərqli baxışları qlobal Cənub Rusiya, Çin, İran, BRİKS təşkilatı daxil olmaqla bölüşmür, hazırda dərinləşməkdə olan geosiyasi böhranın əsl səbəblərindən biri də məhz budur.
Türkiyəyə gəlincə o hələlik mübarizənin hərbi güc müstəvisi üzərinə keçməsində maraqlı deyil, ona görə də İsrailə qarşı mübarizənin embarqo və iqtisadi sanksiyalar vasitəsilə aparılmasının tərəfdarıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər