Zaxarovadan erməni jurnalistə cavab: Xankəndi Azərbaycandır!
Dərc olunub:
16-10-2024, 20:53
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni jurnalistin guya Azərbaycanın Xankəndində kütləvi şəkildə yaşayış binalarını, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid yaşayış kvartallarını sökməsi ilə bağlı təxribatçı sualını cavablandırıb.
Avrasiya.net xəbər verir ki, Zaxarova erməni jurnalistə cavabında Xankəndinin Azərbaycana məxsus olduğunu bildirib.
"Burada söhbət Azərbaycan ərazilərindən gedir. Orada bu ölkənin qanunları işləyir. Bu, birincisi. İkincisi isə, əgər burada söhbət mədəni abidələrdən gedirsə, bununla məşğul olan beynəlxalq təşkilatlar var, onlara müraciət edilə bilər...UNESCO var. Ölkələrlə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Bu sual dəqiq bizə ünvanlanmamalıdır”, - deyə Zaxarova qeyd edib.