Türkiyədə şiddətli zəlzələ: 3 bina qismən çökdü, 4 nəfər...
Dərc olunub:
16-10-2024, 15:17
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.
Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında bildirib.
O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.
Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.
A.Yerliqayanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.
***
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.
Bu barədə Malatya valisi Səddar Yavuz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.