Sizin Reklam Burada

“Görüşlər Astana və ya Almatıda başlaya bilər”

“Görüşlər Astana və ya Almatıda başlaya bilər”“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlara ölkəsinin ev sahibliyi təklifini israrla gündəmə gətirir. O bu dəfə erməni həmkarı Vaaqn Xaçaturyanla görüşdə təklifini təkrarlayıb: “Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazırdır”. Tokayev sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində eyni təklifi səsləndirib”.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Prezident İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib:

“Yəni əgər Ermənistanın baş naziri Nikol Paşinyan Tokayevin təklifini qəbul etsə, yaxın müddətdə görüşlər Astana və ya Almatıda başlaya bilər. Bu hamı üçün faydalı olar. Cənubi Qafqaz və Türküstan uğrunda mübarizə aparan dövlətlərin hər birinin Qazaxıstanla yaxşı münasibətləri var.

Tokayev ölkəsini bir dəfəlik görüş yeri kimi deyil, platforma kimi təklif edib. Yəni Tokayev Azərbaycan və Ermənistan rəsmiləri və dipolmatları arasında Qazaxıstan ərazisindəki görüşlərinin sülh sazişi imzalana qədər davam edirilməsinin tərəfdarıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər