Qazaxıstan Almatıda platforma təklif etməyə hazırdır
Dərc olunub:
15-10-2024, 14:53
Qazaxıstan İrəvan və Bakıya sülh müqaviləsinin imzalanması üzrə danışıqlar üçün yenidən Almatıda platforma təklif etməyə hazırdır.
Avrasiya.net xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
Ermənistan prezidenti Vaaqn Xaçaturyanla Astanada aparılan danışıqların nəticələrinə əsaslanan məlumatda deyilir:"Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təqdim etməyə davam etməyə hazır olduğunu təsdiqləyib".